Xəbər lenti
 
 
ABŞ-ın Əfqanıstanı 20 illik işğal zamanı təlim keçib silahla təchiz etdiyi əfqan əsgərləri Talibana qarşı döyüşmək üçün İŞİD-ə qoşulub. 
 
Ovqat.com xəbər verir ki, məlumatı Amerikanın “Wall Street Journal” nəşri yayıb.
 
Məlumata görə, İŞİD-in Xorasan qolu onlara qoşulmaq istəyən təlim keçmiş əfqan əsgərlərini geri çevirməyib və təşkilat sıralarına qəbul edib. Xəbərdə ABŞ tərəfindən yetişdirilmiş əfqan casus və əsgərlərin bəzilərinin maaş almaq xətrinə, bəzilərinin isə Talibandan intiqam almaq üçün bu addımı atdığı bildirilir.
 
Keçmiş Kəşfiyyat rəisi Rəhmətullah Nabil “Wall Street Journal”-a açıqlamasında bu iddianı təsdiqləyərək deyib: “Müqavimət olsaydı, müqavimətə qoşulardılar. Hazırda İŞİD Talibana qarşı döyüşən yeganə silahlı qruplaşmadır”.
 
Qeyd edək ki, ABŞ-ın İŞİD-i dəstəklədiyi barədə iddialar yeni deyil. ABŞ-ın keçmiş prezidenti Donald Tramp sələfi Barak Obamanı İŞİD-i qurmaqda ittiham etmişdi. Ötən il ABŞ Əfqanıstanda hakimiyyəti Taliban-a ötürmək üçün danışıqlar aparanda belə, digər tərəfdən İŞİD-i gücləndirdiyi barədə məlumatlar yayılırdı. Taliban rəhbərliyi də bu iddiaları təsdiqləyir və ABŞ-ın ikibaşlı siyasətini anlamadıqlarını bildirirdilər. İndi isə ABŞ-ın ən ünlü nəşrlərindən birinin iddialarına inansaq, belə çıxır ki, Vaşinqton nəinki əfqan birliklərini İŞİD Xorasan-a yönləndirməklə qalmır, hətta onlara maaş verir. 


Ana səhifəyə qayıt        Baxış: 5 607          Tarix: 2-11-2021, 10:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma