Xəbər lenti

“Rusiya sülhməramlılarının rolu Bakı və İrəvanda yüksək qiymətləndirilir. Ayrı-ayrı toqquşmalar hər iki tərəfdən yaradılmış qarşılıqlı əlaqə kanalları vasitəsilə həll olunur, nəqliyyat yollarının açılmasına dair səylər göstərilir”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Onun dediyinə görə, Azərbaycan, Ermənistan, Rusiya liderlərinin üçtərəfli bəyanat qəbul etməsinin qarşıdan gələn birinci ildönümü Rusiya xarici işlər nazirinin azərbaycanlı və ermənistanlı həmkarları ilə telefon söhbətlərində müzakirə olunub: “Nazirlər ötən bir il ərzində regiondakı vəziyyətin sabitləşməsi, atəşkəsə bütövlükdə riayət olunmasında yekdil rəy bildiriblər”.

Oktyabrın 20-də üç ölkənin baş nazir müavinləri səviyyəsindəki İşçi Qrupunun sayca 8-ci iclasının keçirildiyini xatırladan Rusiya rəsmisi daha sonra qeyd edib:

“Biz bu problemin hərtərəfli həlli yolunu Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyasında görürük. Həmçinin ATƏT-in Minsk qrupu xətti ilə də fəal işlər görülür”.



Ana səhifəyə qayıt        Baxış: 3 147          Tarix: 3-11-2021, 21:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma