Xəbər lenti

AB Efiopiyanın sabitliyini, birliyini və ərazi bütövlüyünü dəstəkləyir. AB sülhü təşviq etmək, beynəlxalq insan haqları hüququna riayət etmək və münaqişənin sona çatmasına kömək etmək üçün məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla, bütün xarici siyasət vasitələrindən istifadə etməyə hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell deyib.

“AB hərbi yolla həllin olmadığını bir daha təkrar edir və münaqişənin bütün tərəflərini dərhal qüvvəyə minən atəşkəs tətbiq etməyə və ilkin şərt olmadan siyasi danışıqlarda iştiraka çağırır”, - deyə o bildirib.

Qeyd edək ki, Efiopiya Nazirlər Şurası bütün ölkə ərazisində 2 noyabrdan etibarən fövqəladə vəziyyət rejimi elan edib.



Ana səhifəyə qayıt        Baxış: 1 643          Tarix: 4-11-2021, 18:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma