Xəbər lenti

Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına kömək etməyə hazırdır

Bu barədə Axar.az-a Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Qeyd edilir ki, təşkilat 10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatdan sonra hərbi əməliyyatların dayandırılmasını alqışlayır:

"Aİ tərəfləri atəşkəs razılaşmalarına ciddi riayət etməyə və insan itkisinin qarşısını almağa çağırır. Aİ mübahisələrin həlli vasitəsi kimi güc tətbiq edilməsinin qəti əleyhinədir. Təşkilat Ermənistanla Azərbaycan arasında beynəlxalq səviyyədə tanınmış sərhəddə gərginliyin dərhal dayandırılmasına, təmkinli olmağa, delimitasiya və demarkasiya prosesinə başlamağa çağırır. Aİ sərhədlərin delimitasiyasına kömək etməyə hazırdır”.



Ana səhifəyə qayıt        Baxış: 3 053          Tarix: 20-08-2021, 21:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma