Xəbər lenti
Bu gün, 10:33
Bu gün, 09:27
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
21-12-2024, 17:21
21-12-2024, 17:00
Qazaxıstanın birinci Prezidenti – elbası Nursultan Nazarbayev dördtərəfli böyük Avrasiya iqtisadi forumunun yaradılmasını təklif edib.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstanın sabiq Prezidenti “Astana Club-2021”in altıncı iclasında bildirib.
Yeni böhranın qarşısını almaq üçün Avrasiya ölkələrinin sistemli dialoq qurmasının vacibliyini bildirən N.Nazarbayev Avrasiya İqtisadi İttifaqı, Avropa İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı arasında birbaşa əlaqələrin inkişaf etdirilməsinin vaxtı çatdığını vurğulayıb.
“Bu təşkilatlarda, ilk növbədə, iqtisadi əməkdaşlığa diqqət yetirilir. Məhz iqtisadi əməkdaşlıq əsasında siyasi, mədəni və digər sahələrdə əlaqələr inkişaf edir. Bu, bütün planet üçün böyük qələbə olardı. Bununla əlaqədar ölkələrimizin Avrasiyada bütün əməkdaşlıq imkanlarını müzakirə və təşviq edə biləcəyi dördtərəfli böyük Avrasiya iqtisadi forumunun yaradılmasını təklif edirəm. Qazaxıstan dövlət və hökumət başçıları səviyyəsində belə bir forumun təşkilatçılarından biri kimi çıxış edə bilər”, - deyə N.Nazarbayev əlavə edib.
Qeyd edək ki, Nur-Sultan şəhərində Dünya İqtisadiyyatı və Siyasəti İnstitutu (İMİP) və Nursultan Nazarbayev Fondunun təşkilatçılığı ilə "Astana Club"un altıncı iclası keçirilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar