Xəbər lenti
Dünən, 19:25

Rusiya və Çin Türk Dövlətləri Təşkilatının təbii üzvləridir.

Trend-in məlumatına görə, bunu Türkiyənin sabiq baş naziri Binəli Yıldırım deyib.

B.Yıldırım bildirib: "2009-cu il Naxçıvan razılaşmasına əsasən Türk Şurası yaradılıb, bu gün onun tərkibinə yeddi üzv ölkə daxildir. Macarıstan və Türkmənistan müşahidəçi üzv, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan isə daimi üzv kimi fəaliyyətlərini davam etdirirlər. Təbii ki, yaxın illərdə bu rəqəm artacaq".

Onun sözlərinə görə, türk dillərinin danışıldığı və ya türklərin yaşadığı dövlətlər bu təşkilatın təbii üzvləridir: "Monqolustan da onlardan biridir. Bundan əlavə, bütün Balkan ölkələri, ilk növbədə Bolqarıstan, Bosniya və Herseqovina, Serbiya, Albaniya və Makedoniya bu təşkilatın təbii üzvləridir və gələcəkdə onun tərkibinə daxil ediləcəklər. Rusiya və Çin də bu təşkilatın təbii üzvləridir. Bu geniş coğrafiyada bizim üzərimizə böyük məsuliyyət düşür və biz bunun fərqindəyik".



Ana səhifəyə qayıt        Baxış: 3 855          Tarix: 27-11-2021, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma