Xəbər lenti

Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir bəyan edib ki, Türkiyə Rusiya ilə öz milli qırıcılarının istehsalı proqramı üzrə əməkdaşlıq etmək niyyətindədir.

“Rusiya ilə danışıqlarımızda çoxlu əməkdaşlıq məqamları var. Bunlara 2023-cü ildə anqardan çıxacaq milli hərbi təyyarəmizin inkişafı ilə bağlı bəzi məsələlər daxildir. Bizim seçdiyimiz mühərrik növü və müəyyən sistemlər var. Lakin zamanla müəyyən sistemlərin dəyişməsi, inkişafı, yenilənməsi mümkündür. Bu prosesin həyata keçirilməsi üçün Rusiya ilə də danışıqlar aparıla bilər”, - deyə nazir bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank da Rusiyanın Su-35 və Su-57 qırıcılarını almaq imkanını istisna etmədiklərini, lakin prioritetin öz beşinci nəsil qırıcılarının hazırlanması olduğunu vurğulayıb.

Mənbə: “Hürriyyət”



Ana səhifəyə qayıt        Baxış: 2 626          Tarix: 5-12-2021, 18:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma