Xəbər lenti

 

İranın ali dini rəhbəri Seyid Əli Xamneyi ABŞ-ın sərt reaksiyasına səbəb olacaq təlimat verib.

Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli nümayəndələri ilə görüşən dini lider onlardan raket proqramı sahəsində fəaliyyətin genişləndirilməsini istəyib.

“Raket proqramı sahəsində fəaliyyəti genişləndirin. Düşmən raket proqramımızı həssaslıqla izləyir. Bu isə sözügedən sahənin əhəmiyyətini göstərir”, - o deyib.

Məlumata görə, dini liderin SEPAH rəhbərliyi ilə görüşü İranın Suriyada İŞİD terror təşkilatına raket zərbələri endirməsindən, yəni iyunun 18-dən bir neçə gün sonra keçirilib. Çıxışın mətninin məhz indi açıqlanmasının səbəbi məlum deyil.

Ömər




Ana səhifəyə qayıt        Baxış: 1 011          Tarix: 6-07-2017, 20:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma