Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatının müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid sosial şəbəkədəki hesabında Rusiyanın iş adamlarının paytaxt Kabildə yerli "administrasiya"nın Baş nazirinin müavini Əbdül Salam Hənəfi ilə görüşdüyünü bildirib.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Onun sözlərinə görə, görüş zamanı neft, təbii qaz emalı zavodları, sıxılmış təbii qaz müəssisələrinin yaradılması məsələsi müzakirə olunub. Mücahid görüşdə həmçinin sement istehsalı şirkətinin yaradılmasının da diqqət mərkəzində olduğunu açıqlayıb.
Qeyd edib ki, rusiyalı iş adamları üçün investisiya şəraiti təmin ediləcək.
Xatırladaq ki, “Taliban” hərəkatı 15 avqust 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən bir qədər sonra bəzi dövlətlər Asiyanın bu ölkəsinin iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr qoymağı planlaşdırdıqlarını açıqlayıblar.
Xarici yardımların əhəmiyyətli dərəcədə dayandırıldığı Əfqanıstanda “Taliban” administrasiyası müvəqqəti hökumətin elan olunmasından sonra bəzi dövlətləri ölkədəki mədənlərin istismarına sərmayə yatırmağa çağırıb.
Qeyd edək ki, Çin sərmayədarları da Əfqanıstanda mədənçıxarma sahəsinə investisiya qoymağı nəzərdən keçirdiklərini bildiriblər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar