Xəbər lenti
Bu gün, 09:08
Dünən, 23:00
Dünən, 17:52
Dünən, 15:34
Dünən, 14:44
Dünən, 13:25
Dünən, 09:18
29-01-2025, 23:30
29-01-2025, 22:35
29-01-2025, 22:00
29-01-2025, 20:15
29-01-2025, 20:00
29-01-2025, 18:50
Qadağan edilmiş “Təhrik-i-Taliban Pakistan”ın (TTP) liderlərindən biri, "Xalid Balti" ləqəbli Məhəmməd Xorasani Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində öldürülüb.
Bu barədə xəbər verən Pakistanın SAMAA TV kanalı rəsmi məlumatlara istinadla bildirib ki, təxminən 50 yaşlı Balti qadağan olunmuş təşkilatın sözçüsü olub və Pakistan xalqına və təhlükəsizlik qüvvələrinə qarşı bir neçə hücumda, Pakistanda bir neçə terror aktında iştirak edib. O, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra tez-tez Kabilə səfər edirdi. Qətlin hansı şəraitdə baş verməsinin təfərrüatları məlum deyil.
Xorasani və digər TTP yaraqlıları ötən ilin avqustunda “Taliban”ın Əfqanıstana hücumu zamanı məhbuslarla birgə azad olunanlar sırasında olub.
Pakistan təhlükəsizlik qüvvələri 2015-ci ildə Şimali Vəziristanda Zarb-e-Azb əməliyyatına başlayıb. M.Xorasani fəaliyyəti qadağan olunan TTP-ə 2014-cü ilin noyabrında qrupun sözçüsü təyin edilməklə Şəhidullah Şəhidin yerinə keçib. O, həm də Pakistan və Əfqanıstan mediasına zəng edərək 2014-cü ildə Pişəvərdəki Ordu Dövlət Məktəbinə terror hücumunu iddia edən şəxs idi.
Mənbələr Xorasaninin hələ də Pakistana qarşı terror hücumlarının planlaşdırılmasında iştirak etdiyini bildirərək, son vaxtlar daha çox hücumların olacağını bildirib.
Xorasani ötən il dekabrın 9-da TTP-nin 30 günlük atəşkəsə son verdiyini və yaraqlıların Pakistan qüvvələrinə qarşı hücumlarını bərpa edəcəyini elan edən şəxs olub.
Pakistan ordusunun sözçüsü, general-mayor Babar İftixar ötən həftə keçirdiyi mətbuat brifinqində TTP ilə danışıqların və atəşkəsin “mövcud Əfqanıstan hökumətinin tələbi ilə” rəsmi danışıqlara başlamaq üçün etimadı artıran tədbir olduğunu bildirib. Müdafiə analitiklərinin fikrincə, Xorasaninin ölümü Əfqanıstan “Taliban”ının Pakistanı dəstəklədiyini göstərir.
L.SƏMLA
AzPolitika.info
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər