Xəbər lenti

  

Pakistan ordusu bir müddət öncə Əfqanıstan sərhədçilərinə aid 5 postu vurub.

Ovqat.com xəbər verir ki, bunu Pakistan ordusunun nümayəndəsi bildirib.

Ordudan verilən məlumata görə, postların məhv edilməsiylə 50-ə yaxın əfqan təhlükəsizlik xidmətinin əməkdaşı öldürülüb.

İnsidentin iki dövlət arasında ciddi gərginliklərə səbəb olacağı gözlənilir.

Pakistan sovet işğalı dövründə əfqan mücahidlərinə ən ciddi dəstəyi verən ölkə idi. İslamabadın yaratdığı hərbi düşərgələrdə yetişən qüvvələr tələbələr mənasına gələn “taliban” adlandırılırdılar. Sovet işğalından sonra Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban hökuməti 2001-ci ildən sonra ABŞ-ın hərbi hücumu nəticəsində devrildi. Taliban hakimiyyətinin devrilməsindən sonra qurulan yeni hökumətlərlə İslamabad yaxşı yola getmir.

Bəzi xəbər agentlikləri Pakistanın bu hücumuyla iki dövlət arasında müharibə başlayacağı xəbərini yaysalar da, Əfqanıstanın nə indiki hakimiyyətinin nüfuzu, nə də əfqan ordusunun gücü bu savaşı yürüdəcək gücdə deyil. Mümkündür ki, Pakistan indiki hökuməti devirmək və yenidən özünə bağlı qüvvələri hakimiyyətə gətirmək üçün sərhəddə baş verən hansısa kiçik bəhanəni böyüdərək, bundan faydalanmaq istəyir və öz əfqan tərəfdarlarına psixoloji dəstək verir.

Əfqanıstan-Pakistan xəttində baş verən hadisələri izələyəcək, oxuculara ən operativ məlumatları verəcəyik. 

Gözünüzü Ovqat.com-dan ayırmayın!




Ana səhifəyə qayıt        Baxış: 1 814          Tarix: 7-05-2017, 15:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma