Xəbər lenti

Britaniyanın “The Telegraph” nəşri yazır ki, Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliya Nazarbayeva Qazaxıstandan 300 milyon dollardan çox vəsaitin çıxarıb.

Nəşrun yazdığına görə, Aliya Nazarbayeva şəxsi təyyarə və elit daşınmaz əmlak da daxil olmaqla xarici aktivlərə sahibdir. Nazarbayevanın satınalmalarına 25 milyon dollarlıq şəxsi təyyarə və Londonun Highgate ərazisində 8,75 milyon funt-sterlinqlik ev də daxildir.

Aliya Nazarbayeva hələ 2006-cı ildə bir biznesdə öz payını satması qarşılığında 325 milyon dollar əldə edib. O, bu məbləğin 312 milyonunu ölkədən çıxarıb. O, bu pulları Lixtenşteyndə yaratdığı fonda köçürüb.

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 3 081          Tarix: 13-01-2022, 13:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma