Xəbər lenti

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ərazisində (Donetsk və Luqansk vilayətləri istisna olmaqla) fövqəladə vəziyyət rejimi tətbiq etməklə bağlı fərman imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, fərmana əsasən, 24 fevral 2022-ci il saat 00:00-dan etibarən ölkədə 30 gün müddətinə fövqəladə vəziyyət elan edilir.

Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidməti ölkədə fövqəladə vəziyyət elan olunması ilə bağlı qərar qəbul edib.



Ana səhifəyə qayıt        Baxış: 3 060          Tarix: 23-02-2022, 20:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma