Xəbər lenti

 

Almaniya təyyarələri Türkiyənin "İncirlik" hərbi bazasını tərk edir.

Ovqat.com "Report"a istinadən bildirir ki, bu barədə "Spiegel" nəşrinə istinadən RİA "Novosti" məlumat yayıb.
Bildirilir ki, əvvəlcə yanacaqdoldurma təyyarələri, sonra isə "Tornado" kəşfiyyatçı-bombardmançılar İordaniyaya göndəriləcək.
RİA "Novosti" xəbər verir ki, bundan başqa, təxminən 260 alman hərbçisi bazanı tərk edəcək.
Ankara tərəfindən "İncirlik" aviabazasına giriş qadağası iyunun 2-də Bundestaqın 1912-1915-ci illərdə Osmanlı imperiyasında qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul etməsindən sonra qoyulub.
Türkiyə hökuməti buna cavab olaraq Bundestaq nümayəndə heyətinin bazaya girişini qadağan edib. Alman təyyarələrinin "İncirlik"dən çıxarılması haqqında qərar təkrar qadağadan sonra qəbul edilib.




Ana səhifəyə qayıt        Baxış: 594          Tarix: 9-07-2017, 19:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma