Xəbər lenti

 Almaniya müdafiə naziri Ursula von der Leyen İordaniyanın  Azraq hərbi hava bazasını ziyarət edib.

Ovqat.com-un bildirdiyinə görə, Müdafiə nazirinin bu ziyarəti Türkiyənin İncirlik hava bazasına alternativ axtarışı məqsədi daşıyıb.

İordaniyada keçirilən Dünya İqtisadi Forumunda iştirak edən xanim nazirin fürsətdən istifadə edərək getdiyi Azraq hərbi hava bazasını bəyəndiyi bildirilir. Bunu Ursulanın özü də jurnalistlərə etiraf edib:

"Bu hava bazasının çox yaxşı potensialı var və biz çox yüksək səviyyədə qarşıladıqları və böyük dəstək verdikləri üçün İordaniya rəhbərliyinə minnətdaram".

Bununla belə, hələ ki, İncirlikdən çıxmaq haqqında qərar vermədiklərini nəzərə çatdıran Müdafiə naziri Türkiyəylə danışıqların davam etdiyini vurğulayıb:

“Amma istənilən vəziyyətə hazır olmalıyıq”.

O, həmçinin, Almaniya deputatlarının ölkə xaricindəki əsgərləri ziyarət edə bilmələrinin əhəmiyyətinə də toxunub.

Qeyd edək ki, Türkiyə, son vaxtlar Almaniya deputatlarının İncirlik bazasını ziyarət etmələrinə icazə vermir. Almaniya da özünə yeni alternativlər axtarır.

İncirlikdə 270 alman hərbçisi mövcuddur.




Ana səhifəyə qayıt        Baxış: 1 075          Tarix: 21-05-2017, 14:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma