
İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian İsrailə dəstək verməklə bağlı Azərbaycanın ünvanına ölkədə yayılan ittihamlara münasibət bildirib və bu cür yanaşmaların İranın milli maraqlarına zidd olduğunu vurğulayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Yusif Pezeşkian qeyd edib ki, ittihamlar irəli sürülməzdən əvvəl onların dəlillər və güc strukturlarının məlumatları ilə dəstəklənib-dəstəklənmədiyinə diqqət yetirmək lazımdır. O qeyd edib ki, bu cür ittihamlar ölkəni münaqişəyə sürükləyə bilər.
Yusif Pezeşkian İranın Azərbaycanla əlaqələrinin inkişafı üzrə üç mümkün yol göstərib:
1. Hərbi qarşıdurma - yəni ya biz Azərbaycanla vuruşmaq istəyirik, ya da onu təhrik edirik. Bu, həm dövlətin, həm də xalqın istəmədiyi yoldur və ölkənin maraqlarına ziddir;
2. "Nə sülh, nə də müharibə" vəziyyəti - iki ölkə arasında gərginlik qalır, lakin döyüş əməliyyatları yoxdur. Belə halda qarşılıqlı düşmənçilik siyasəti beynəlxalq platformalarda və iqtisadiyyatda ziyana uğraya bilər;
3. Əməkdaşlıq və mehriban qonşuluq münasibətləri - fikir ayrılıqlarına baxmayaraq, iqtisadi, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlıq mümkündür və bu, ən uğurlu yanaşmadır. Pezeşkian vurğulayıb ki, üçüncü yol - dialoq və əməkdaşlıq həm İran, həm də bütün regionun sabitliyi üçün ən məqbul yoldur. O, həmçinin qeyd edib ki, radikal və məsuliyyətsiz ritorika regionda yalnız gərginliyi artırır.
Paylaş: