Xəbər lenti
Bu gün, 15:30
Bu gün, 14:18
Bu gün, 13:53
Bu gün, 11:19
Bu gün, 10:14
Bu gün, 09:24
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
27-11-2024, 23:37
Rusiya İsveç, Finlandiya və ya NATO üzvlərini təhdid etməsə, ABŞ-ın yaxın gələcəkdə Avropada 100.000 əsgər saxlayacağı gözlənilir.
Ovqat.com-un məlumatına görə, bu barədə CNN telekanalı bir neçə ABŞ rəsmisinə istinadən bildirib.
Rəsmilər vurğulayıblar ki, əgər NATO regionda daha çox hərbi təlim keçirsə, bu sayı müvəqqəti olaraq arta bilər və təhlükəsizlik vəziyyəti dəyişərsə, ABŞ Avropada əlavə bazalar yerləşdirəcək.
Məlumata görə, bu plan Brüsseldə NATO baş komandanlarının görüşündən sonra nəzərdən keçirilir: “Hərbi komandanlar NATO müdafiə nazirlərinin iyunda keçirilməsi planlaşdırılan görüşünə tövsiyələr verirlər və NATO liderləri, o cümlədən ABŞ prezidenti Co Bayden bu ayın sonunda Madriddə görüşəcəklər”.
Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən əvvəl ABŞ Avropadakı ümumi gücü 60 min əsgər civarında idi. Müharibədən sonra bu say təqribən 100 000-ə çatdırıldı. NATO-nu dəstəkləmək və Rusiyanı çəkindirmək üçün ABŞ Avropanın şərq cinahında yerləşən ölkələrə əlavə qoşun və texnikalar yeritdi. ABŞ bu yaz NATO tarixində ilk dəfə olaraq Alyansın Öncül Qüvvələrinə də minlərlə hərbçi göndərdi.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar