Xəbər lenti


“NATO-nun hərbi infrastrukturunu Rusiyanın sərhədlərinə qədər uzatmasının qarşısını almaq üçün lazımi tədbirlər görməliyik” .

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib. O, xüsusilə NATO tərəfindən Ukraynaya genişləndirilmiş imkanlarla tərəfdaşlıq statusunun verilməsi məsələsinə toxunub.

“Bunun Avropada təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyini düşünmürük”,- deyə Peskov bildirib.

O, NATO-nun hərbi infrastrukturunu Rusiya sərhədlərinə doğru genişləndirdiyini diqqətə çatdırıb: “Buna qarşı öz təhlükəsizliyimizi təmin etmək üçün lazımi tədbirlər görməliyik”.

Xatırladaq ki, ötən həftə NATO Ukraynaya genişləndirilmiş imkanlarla NATO-nun tərəfdaşı statusunun verilməsinə qərar verib. Ukrayna hökuməti isə bu qərarı məmnuniyyətlə qarşıladağını açıqlayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 935          Tarix: 16-06-2020, 17:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma