
Xəbər lenti
Bu gün, 11:21
Bu gün, 11:00
Bu gün, 09:48
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 11:30
23-09-2025, 22:19
23-09-2025, 21:25
23-09-2025, 20:31
23-09-2025, 19:46
23-09-2025, 18:33

Almaniyanın xarici işlər naziri Annalena Berbok iddia edir ki, NATO-nun fəaliyyəti həmişə müdafiə xarakterli olacaq. “Report” xəbər verir ki, o, bu barədə Berlində Şimali Atlantika Alyansına üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə jurnalistlərlə söhbətində bildirib.
“NATO müdafiə ittifaqıdır və həmişə belə qalacaq. 24 fevraldan sonra (Rusiya Ukraynada hərbi əməliyyata başladıqdan sonra - Red) dünya dəyişib və o vaxtdan bəri NATO başqa məna kəsb edir. Biz NATO tərəfdaşları olaraq açıq şəkildə bildiririk ki, qapılarımız təhlükəsizlik sahəsində dəstəyə ehtiyacı olanlara açıqdır”, - XİN rəhbəri əlavə edib.
Onun sözlərinə görə, əgər Finlandiya və İsveç NATO-ya üzv olmaq qərarına gəlsələr, onların qəbulu prosesi çox sürətli olmalıdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar