Relsli, avtomat, qoşa qanadlı, içə-çölə və ya yana açılan torlar...
Ovqat.com xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, əvvəllər evə ağacaqanad və digər həşəratların girməməsi üçün tənzifdən istifadə edilirdi, indi isə müxtəlif modifikasiyalı torlara üstünlük verilir.
Ağcaqanad və müxtəlif həşəratlardan qoruyan rulon, sürmə kimi sistemlər inşaat sektorunda yeni bir bazardır. Təmiz hava axınına zərər yetirməyən, yanğına davamlı torlar hətta evə mikrobların daxil olmasının da qarşısını alır.
Son illərdə Azərbaycanda da müxtəlif özəllikləri olan torların satışı genişlənib. Qiymətlər isə müxtəlifdir.
Tor satışı ilə məşğul olanlar deyirlər ki, ilin bütün fəsillərində tor alınır. Lakin yayda ağcaqanadlar çox olduğundan bu fəsildə daha çox satış olur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Paylaş: