
Xəbər lenti
Dünən, 23:13
Dünən, 22:46
Dünən, 16:34
Dünən, 13:05
16-08-2025, 23:06
16-08-2025, 22:51
16-08-2025, 21:37
16-08-2025, 19:33
16-08-2025, 18:27
16-08-2025, 16:30
16-08-2025, 15:37
16-08-2025, 14:16
16-08-2025, 13:36
16-08-2025, 11:34
16-08-2025, 10:06

Avropa İttifaqı (Aİ) ölkələrində Ukraynadan olan qaçqınların sayı 7 milyon nəfəri keçib. “Report” xəbər verir ki, bu barədə Aİ-nin Sərhəd Nəzarəti Agentliyi olan “Frontex”in saytında məlumat verilib.
“Müharibənin başladığı fevral yandan bəri 5,3 milyon Ukrayna vətəndaşı Aİ-yə gəlib. Aİ-yə daxil olan köçkünlərin, o cümlədən qeyri-Ukrayna vətəndaşı olanların ümumi sayı isə 7 milyondur”, - agentliyin məlumatında deyilir.
“Son həftələr Ukraynaya geri dönənlərin sayı ölkəni tərk etməkdən daha çox olub. Mayın 25-dən 31-ə kimi təqribən 260 min ukraynalı Aİ-ni tərk edib”, - “Frontex”in məlumatında deyilir. Ümumilikdə fevralın 24-dən sonra 2,3 milyon ukraynalı vətəninə qayıdıb.
“Mayın 23-nə olan məlumata görə, Ukraynada məcburi köçkünlərin sayı ilk dəfə azalıb. Hazırda ümumi say 7,1 milyon nəfər qiymətləndirilir ki, bu da mayın 3-dəki göstəricidən 11% azdır”, - agentlik vurğulayıb.
“Frontex”in məlumatına görə, Ukraynadan qaçqın axını hələ də ən çox Polşa və Rumıniyada müşahidə olunur. Mayın 25-dən mayın 31-dək bu ölkələrə müvafiq olaraq 147 min və 32,8 min nəfər gedib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar