Xəbər lenti
Dünən, 22:21
Dünən, 19:31
Dünən, 17:10
Dünən, 15:27
Dünən, 14:30
Dünən, 13:54
Dünən, 13:00
Dünən, 11:39
18-01-2025, 23:47
18-01-2025, 23:00
18-01-2025, 21:27
18-01-2025, 20:44
18-01-2025, 19:32
18-01-2025, 18:18
18-01-2025, 17:25
18-01-2025, 16:47
18-01-2025, 14:30
18-01-2025, 13:47
18-01-2025, 12:32
Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bugünədək 1,5 milyondan çox insan ölkəni tərk edib. "Report" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi tviterdə yazıb.
Qrandinin sözlərinə görə, bu, İkinci Dünya Müharibəsindən sonra Avropada ən sürətlə böyüyən qaçqın böhranıdır.
Bundan əvvəl Avropa İttifaqının ukraynalı qaçqınlara humanitar yardımın ilk tranşını ayırdığı barədə məlumat yayılıb.
Hərbi əməliyyatlar başlayandan indiyədək Ukraynadan Polşaya gələn qaçqınların sayı 922 mini ötüb.
Təkcə ötən gün sərhədçilər Ukraynadan gələn 129 min nəfəri keçiriblər.
"Proqnozlar göstərir ki, fevralın 24-dən etibarən Polşaya Ukraynadan daxil olacaq insanların sayı bu gün 1 milyonu keçəcək", - Polşa sərhəd mühafizəsinin sözçüsü Anna Miçalskaya bildirib.
Ukraynadan Polşaya gələnlərin çoxu qaçqınlar üçün xüsusi qəbul mərkəzlərinin xidmətlərindən istifadə edir, onların nümayəndələri ölkənin müxtəlif bölgələrində yerləşdirməni təşkil edirlər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər