Xəbər lenti
Bu gün, 14:18
Bu gün, 13:53
Bu gün, 11:19
Bu gün, 10:14
Bu gün, 09:24
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
27-11-2024, 23:37
27-11-2024, 21:44
Rusiya Federasiyasının xüsusi əməliyyatı başlayandan bəri ilk dəfə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç Ukrayna Silahlı Qüvvələrinin itkilərinin sayını açıqlayıb.
Ukraynanın TSN xəbər portalı bildirir ki, rusiyalı hüquq müdafiəçisi Mark Feyqinə müsahibə verən Aretoviç münaqişənin başlanğıcında gündə orta hesabla 100 Ukrayna hərbçisinin həlak olduğunu qeyd edib.
Onun dediyinə görə, münaqişənin başlanğıcında Rusiya ordusunda gündəlik itki orta hesabla 1000 nəfər olub.
“Münaqişənin əvvəlində bizdə gündə orta hesabla 100 əsgər ölürdü”,- deyə Arestoviç bildirib.
Feyqinin hesablamalarına əsasən, Ukrayna ordusunun 10 minə qədər əsgər itirdiyini söyləmək olarmı sualına Arestoviç belə cavab verib: “Bəli, haradasa belə”.
Bu arada o, Ukraynaya silah ötürməkdə çox ləng davranan Qərb müttəfiqlərini tənqid edib.
Bir gün əvvəl Prezident Ofisinin rəhbərinin digər müşaviri Mixail Podolyak demişdi ki, Ukraynanın gündəlik itkiləri 100-200 döyüşçüdür.
Həmçinin cümə axşamı Ukraynanın Müdafiə naziri Aleksey Reznikov bildirib ki, müharibəsə gün ərzində 100-ə qədər hərbçi həlak olur, 500-ə qədər hərbçi yaralanır.
Müharibə başlayandan bəri Ukraynada 287 uşaq həalk olub, 490 uşaq yaralanıb Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Amma məlumatda o da vurğulanır ki, işğal olunmuş və hazırda hərbi əməliyyatların getdiyi ərazilərdə dəqiq məlumatlar əldə etmək mümkün deyil.
“AzPolitika.info”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar