Xəbər lenti
Dünən, 19:25
 
 
 
 
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı dünən ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Millli ilə telefon danışığı aparıb.
 
Ovqat.com-un məlumatına görə, generallar Ukrayna - Rusiya cəbhə xəttində yaranmış vəziyyəti müzakirə ediblər.
 
Valeri Zalujnı telefon danışığını şərh edərkən deyib ki, Ukrayna Silahlı Qüvvələri müəyyən istiqamətlərdə əks hücuma keçir, amma ordunun yetərli qədər silahı yoxdur: 
 
“Hazırda Ukrayna-Rusiya cəbhə xətti 2450 km-dir, bunun da 1105 km-i aktiv döyüş əməliyyatları altındadır. Ona görə də daha artıq 155 mm çaplı artilleriya sistemləri əldə etməliyik. Mən bir daha general Millidən xahiş etdim ki, bizə daha tez artilleriya sistemləri almağa kömək etsin”, - Zalujnı deyib.
 
O qeyd edib ki, hazırkı əməliyyat vəziyyəti barədə general Milleyi məlumatlandırıb. Bildirib ki, düşmən əsas səylərini Luqansk vilayətinin şimalında cəmləşdirib və artilleriyadan kütləvi şəkildə istifadə edir və təəssüf ki, on qat atəş üstünlüyünə malikdir.
 
"Lakin hər şeyə rəğmən, biz öz mövqelərimizi saxlamaqda davam edirik. Orada Ukrayna torpağının hər metri qanla sulanır, təkcə bizim yox, işğalçının da", - Zalujnı deyib.
 
Severodonetsk şəhərində də vəziyyət ağır olduğunu bildirən Ali Baş Komandanı Rusiyanın həmin istiqamətə 7 taktiki batalyon qrupu yerləşdirdiyini vurğulayıb. “Güclü atəşə baxmayaraq, düşmənin qarşısını ala bildik", - deyən Zalujnı əlavə edib: "Rusiya Federasiyasının Silahlı Qüvvələri Çerniqov və Sumı vilayətlərində müdafiə qüvvələrimizin bölmələrini artilleriya və minaatanlardan atəşə tutmaqda davam edir. Biz də cavab atəşi açırıq".




Ana səhifəyə qayıt        Baxış: 5 876          Tarix: 13-06-2022, 06:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma