Xəbər lenti
Dünən, 19:25

 
Norveçin Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım kimi verdiyi M109A3 özüyeriyən artilleriya sistemləri artıq ön sıralardadır.
 
Ovqat.com-un məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib 
 
O, həmçinin qeyd edib ki, ukraynalı artilleriyaçılar yeni silahlara yiyələnmək üçün cəmi bir həftə təlim keçiblər. 
 
 
Zalujnının fikrincə, bu texnikanın döyüş sursatlarının keyfiyyəti Sovet istehsalı olan həmcinslərindən xeyli yüksəkdir: “Məsələn, mərmilər hermetikdir (maksimum kipləşdirilmiş; qaz və maye buraxmayan, hava və səs keçirməyən) və ən əsası bir-biri ilə tamamilə eynidir, bu da atəş zamanı uçuşun dəqiqliyinə təsir göstərir.
 
Ali Baş Komandan onu da vurğulayıb ki, bu hərbi texnikada istifadə olunan M 109A3 mərmilərinin atəş məsafəsi 22 km-ə qədərdir. Lakin aktiv reaktiv mərmilərin istifadəsi səbəbindən atəş məsafəsini daha da artırmaq olar.
 
Bildirilir ki, Norveç hökuməti Ukraynaya M109A3 texnikası göndərilməsinə aprelin əvvəlində qərar verib. Bu partiyada təhvil verilən hərbi texnikaların dəqiq sayı rəsmən göstərilməsə də, təxminən 20 ədəd olduğu təxmin edilir. 
 
Maraqlıdır ki, ukraynalı artilleriyaçılar cəmi bir həftə ərzində M109A3-ü idarə etməyi mənimsəyə biliblər.


Ana səhifəyə qayıt        Baxış: 198          Tarix: 6-06-2022, 07:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma