Xəbər lenti

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası “Dəmir günbəz” hava hücumundan müdafiə sisteminin komplektləşdirilməsi üçün İsrailə, təxminən, 1 milyard dollar ayırmaq niyyətindədir.

 TASS xəbər verir ki, bunu Ağ ev administrasiyasının yüksək vəzifəli nümayəndəsi xüsusi brifinqdə deyib.

Bildirilib ki, ABŞ Prezidenti İsrailə səfəri zamanı hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi ərazilərə baş çəkmək, həmçinin iki dövlət arasında müdafiə sənayesi ilə bağlı innovasiyalar sahəsində mümkün əməkdaşlığı müzakirə etmək niyyətindədir.

Bundan başqa, Bayden Yaxın Şərqə səfəri çərçivəsində İordan çayının qərb sahilinə səfər edəcək və Fələstin Prezidenti Mahmud Abbasla görüşəcək. O, həmçinin “I2-U2” virtual sammit çərçivəsində (Hindistan, İsrail, BƏƏ və ABŞ) İsrail və Hindistanın baş nazirləri Naftali Bennett və Narendra Modi ilə əməkdaşlıq haqqında danışıqlar aparacaq.



Ana səhifəyə qayıt        Baxış: 3 092          Tarix: 14-06-2022, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma