Xəbər lenti
 
 
Birləşmiş Ərəb Əmirlikləri İsrailə 10 milyard dollarlıq sərmayə yatıracaq.
 
Ovqat.com xəbər verir ki, İsrail Baş naziri Benjamin Netanyahu bu barədə açıqlama verib.
 
İsrailə səfərə gəlmiş Çexiya və Macarıstan Baş nazirləri ilə görüşdən sonra mətbuat konfransı keçirən Netanyahu BƏƏ-nin vəliəhdi Məhəmməd bin Zayedlə telefon danışığı aparığını və tezliklə onun ziyarətinə gedəcəyini də gizlətməyib.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Benjamin Netahyahunun BƏƏ-nin paytaxtı Əbu-Dabiyə səfəri gözlənilirdi. Səfər son anda təxirə salındı. Sonradan məlum oldu ki, İordaniya krallığı İsrail təyyarəsinin öz hava sərhədlərindən keçməsinə izn vermədiyi üçün Netanyahunun səfəri baş tutmayıb. 
 
Baş nazirin bugünkü açıqlamaları göstərir ki, İordaniya krallığının əngəllərinə baxmayaraq, BƏƏ ilə İsrail liderləri telefon vasitəsilə söhbətləşə biliblər və Əmirlik bu zamanadək düşmən kimi gördüyü yəhudi iqtisadiyyatına 10 milyard dollar yatırmağa boyun olub.


Ana səhifəyə qayıt        Baxış: 4 615          Tarix: 12-03-2021, 16:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma