Xəbər lenti

Rusiyada qadınlara müqavilə əsasında hərbi xidmətə yollanmağı təklif ediblər. Müvafiq elan Severodvinsk administrasiyasının rəsmi saytında peyda olub.

Belə ki, yerli hərbi komisarlıq kişilərlə yanaşı, qadınların da hərbi xidmətə dəvət edildiyini bildirib.

Namizədlərə 18-40 arası olmaqla yaş tələbi qoyulub.

Həmçinin, orduda xidmət etmək arzusunda olanlara yüksək maaş vəd edilib. (Mənbə: rbc.ua)



Ana səhifəyə qayıt        Baxış: 3 063          Tarix: 20-06-2022, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma