Xəbər lenti

Fevralın 24-də Rusiyanın hərbi əməliyyatı başlayandan bəri ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi həcmi 7,32 milyard dollardan çox olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı bəyanatda deyilir.

Amerika diplomatiyasının rəhbəri xatırladıb ki, cümə günü ABŞ prezidenti Co Baydendən aldığı təlimata uyğun olaraq, o, Ukraynaya 400 milyon dollara qədər əlavə hərbi yardım göstərməyi tapşırıb:

“Nəticədə bu vəsaitin ayrılması ilə ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi məbləği 24 fevralda Rusiyanın hərbi əməliyyatı başlayandan bəri 7,32 milyard dollardan çox olacaq. Buraya son bir neçə həftə ərzində Ukraynaya özünü müdafiə etmək üçün yardımın çatdırılmasını sürətləndirdiyimiz üçün 2,2 milyard dollar maliyyə vəsaiti daxildir”.




Ana səhifəyə qayıt        Baxış: 4 500          Tarix: 9-07-2022, 21:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma