Xəbər lenti
27-11-2024, 19:25

Rusiya hərbçiləri gecə saatlarında Ukrayna ərazisində yerləşən, hazırda RF hərbçilərinin nəzarəti altında olan Luqansk vilayətinin Alçevsk şəhərinin səmasında özlərinin “Su-34” qırıcı-bombardmançı təyyarələrini vurublar.

Dərc edilmiş foto və videolarda təyyarənin qalıqları üzərində onun nömrələri və Rusiya Aerokosmik Qüvvələrinin simvolları əks olunub.

Əvvəl Rusiyanın sosial şəbəkə seqmentində vurulan qırıcının Ukrayna ordusuna məxsus olduğu iddiası ilə fotoları paylaşılıb.  

Lakin qısa müddət ərzində diqqətli sosial şəbəkə istifadəçiləri təyyarənin Rusiya ordusuna məxsus olduğunu yazaraq, şərhlərdə digərlərindən videonu dərhal silməyi istəyiblər.

Mənbə: RBK




Ana səhifəyə qayıt        Baxış: 3 301          Tarix: 18-07-2022, 16:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma