Xəbər lenti

Zelenski Ukrayna ordusunun xüsusi əməliyyatlar komandanını vəzifəsindən uzaqlaşdırdı

Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə Ukrayna ordusunun xüsusi əməliyyatlar komandanı Qriqori Qalaqan vəzifəsindən azad olunub.

Qeyd olunur ki, bundan sonra bu vəzifəni Viktor Xorenko icra edəcək.

V. Xorenko indiyədək Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin xüsusi ehtiyatlar qrupuna rəhbərlik edib.

Ukrayna Prezident Ofisi Ukrayna ordusunun xüsusi əməliyyatlar komandanının vəzifədən uzaqlaşdırılması xəbərini hələlik şərh etməyib.

Mənbə: Focus.ua




Ana səhifəyə qayıt        Baxış: 2 587          Tarix: 25-07-2022, 23:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma