Xəbər lenti

Türkiyədə dövlət çevrilişinə cəhd gecəsi “15 İyul Şəhidlər Körpüsü”ndə baş verən hadisələrlə bağlı ittihamnamə hazırlanıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sənəddə 143 şübhəlinin adı var.

Qeyd edək ki, əvvəllər Boğaziçi körpüsü adlandırılan "15 iyul Şəhidlər Körpüsü" 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhdin başlandığı yerdir. Burada qarşıdurmalar zamanı 2-si polis olmaqla 34 nəfər şəhid olub, həmçinin 7 qiyamçı öldürülüb.

Boğaziçi körpüsü şəhidlərin şərəfinə “15 iyul Şəhidlər Körpüsü" adlandırılıb.




Ana səhifəyə qayıt        Baxış: 947          Tarix: 14-07-2017, 14:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma