Xəbər lenti

 

Bu gün Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşüb.

Ovqat.com APA-ya istiadən xəbər verir ki, N. Kurtulmuş deyib ki, 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı xarici media mənsubları istənilən məlumatı əldə edə bilərlər.
Türkiyə baş nazirinin müavini Türkiyə tarixi üçün 15 iyul 2016-cı il tarixinin iki üzü var: "15 iyul gecəsi tariximizdə ən böyük xəyanət hərəkəti ilə üzləşdik. 40 il ərzində orduda əldə etdiyi imkanlardan xalqı qətlə yetirməyə çalışanlarla üzləşdik. Bu xəyanəti planlaşdıranları və onların arxasındakı qaranlıq əlləri unutmayacaq, unutdurmayacağıq. Təəssüf ki, 67 il ərzində milli iradəyə qarşı 5 dəfə hərbi çevriliş olub. Bu çevrilişlərdən birində baş naziri iki nazirlə edam ediblər. 1997-1998-ci illərdə xalqın iradəsi ilə hakimiyyətə gələn baş nazir təhdidlə hakimiyyətdən uzaqlaşdırılıb. Millətimiz bu 5 çevriliş zamanı müxtəlif səbəblərdən yetərincə müqavimət ortaya qoya bilmədi. 15 iyulda isə xalqımız iradəsini ortaya qoydu. Böyük bir qəhrəmanlıq dastanı yazıldı. Beynəlxalq aləmdəki dostlarımızdan da bu həqiqətləri paylaşmağı xahiş edirik. 15 iyul həm də Türkiyə xalqının böyük qəhrəmanlıq dastanıdır".




Ana səhifəyə qayıt        Baxış: 578          Tarix: 14-07-2017, 17:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma