Xəbər lenti
27-11-2024, 19:25

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Almaniyanı Ukraynaya tank və artilleriya sursatlarının, o cümlədən “İris” hava hücumundan müdafiə sisteminin tədarükünü sürətləndirməyə çağırıb.

“Report” xəbər verir ki, Kuleba bunu Kiyevdəki danışıqlardan sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birgə mətbuat konfransında deyib.

“Gizlətməyəcəyəm. Bugünkü danışıqlarımızın əsas mövzusu Ukraynaya silah tədarükünün artırılması və sürətləndirilməsidir”, - Kuleba bildirib.

Nazir bildirib ki, rəsmi Kiyev Berlindən “İris” hava hücumundan müdafiə sistemindən əlavə “Leopard” tanklarının tədarükünü də gözləyir. Onun sözlərinə görə, bunun üçün heç bir maneə yoxdur.

“Amma bu qərar qəbul olunana qədər Almaniyanın Ukraynaya artilleriya sistemləri üçün sursat verməsi təklifi ilə həmkarıma müraciət etdim. Cəbhədə bizə lazım olan budur. Artilleriya sursatları indi bizim hücum imkanlarımızı əhəmiyyətli dərəcədə artırmağa qadirdir və bu, bizə yeni əraziləri azad etməyə və insanların həyatını xilas etməyə kömək edəcək”.

Öz növbəsində, Burbok Almaniyanın lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcəyini bildirib. O, Almaniyanın Ukraynaya ağır silahlar tədarük edəcəyini vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 797          Tarix: 11-09-2022, 09:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma