Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Almaniyanın Ukraynaya göndərməyə hazırlaşdığı IRIS-T hava hücumundan müdafiə sistemləri Rusiyada ciddi narahatlıq doğurub.
Ovqat.com-un məlumatına görə, Rusiya hərbi dairələrinə yaxınlığı şübhə doğurmayan Avia.pro nəşri bu havadan müdafiə sistemlərinin rus ordusu üçün ciddi təhlükə yaradacağını etiraf edib.
“Ukraynaya göndərilən Almaniyanın IRIS-T hava hücumundan müdafiə (HHM) sistemləri çox ciddi təhlükə yaradır. Bu təhlükə təkcə Rusiyanın əvvəllər qarşılaşmadığı yeni silahlarla üz-üzə gəlməsindən deyil, həm də həmin qurğuların NATO-nun HHM sistemləri ilə inteqrasiya oluna bilməsindən qaynaqlanır. Belə ki, NATO HHM sisteminə bağlanmaq Ukrayna ordusuna onun səmasını mütəmadi nəzarət altında saxlayan AWACS təyyarələrindən məlumat almaq imkanı qazandıracaq. Nəticədə Ukrayna ordusu ölkə səmasında hərəkət edən rus təyyarələrini, helikopter və raketlərini daha effektiv şəkildə aşkarlamaya biləcək”.
Mütəxəssislərin fikrincə, Almaniyanın IRIS-T hava hücumundan müdafiə sistemləri həqiqətən də Ukraynaya verilərsə, bu sistemlər tam avtomatlaşdırıldığı üçün böyük ehtimalla NATO hərbçiləri tərəfindən idarə olunacaq.
Üstəlik, bu hava hücumundan müdafiə sistemlərinin aşkarlanmasının mümkünlüyü ilə bağlı bir çox suallar movcuddur. Çünki həmin sistemlər passiv rejimdə işləyə bilir ki, bu da onun çıxış siqnalları ilə aşkarlanmasını minimuma endirir.
Almaniyanın “IRIS-T” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya dəqiq nə vaxt çatdırıla biləcəyi məlum deyil. Amma bəzi məlumatlara görə, bu sistemlər artıq Almaniyada xidmətdən xaric edilir və Ukrayna Silahlı Qüvvələrinin təhvil verilməsi üçün hazırlanır.
Məlum olduğu kimi, müharibə başladığı gündən bəri Ukrayna prezidenti Vladimir Zelenski NATO qüvvələrini ölkənin hava məkanını Rusiyaya bağlanmağa çağırır, başda ABŞ olmaqla NATO qüvvələri isə bunun Rusiya ilə savaşa yol aça biləcəyini bəhanə gətirərək tələbi geri çevirirdilər. İndi isə Ukraynanın NATO HHM sisteminə bağlı IRIS-T-lərlə təchiz edilməsi faktiki olaraq onun hava sahəsinin bağlanması mənasına gəlir.
Rus hərbi dairələrinin kabusuna çevrilən bu müdafiə sistemlərinin Ukraynaya verilməsi rəsmi Berlin tərəfindən də təsdiqlənib. Məlum olduğu kimi, bir müddət əvvəl Ukraynaya lazımı silah vermədiyinə görə Almaniyanın müxalif partiyalarının və Kiyev administrasiyasının ağır tənqidinə məruz qalan kansler Olaf Şolz bu ölkəni daha etibarlı silahlarla təchiz etmək üçün çalışdığını bildirərək özünə bir növ bəraət qazandırmışdı. O, bildirmişdi ki, alman hökuməti Rusiya hücumlarına qarşı “daha güclü və təsirli silahlar göndərmək üçün proqramında böyük siyasi dəyişiklik” edib. Ləngimə də bununla bağlıdır. Şolz açıq şəkildə bildirmişdi ki, Berlin Ukraynaya IRIS-T HHM sistemləri verəcək. Bundan əlavə, o, Bayden tərəfindən elan edilən M142 və M270 dəstək paketinə texniki töhfə verəcəklərini də açıqlamışdı.
Ukrayna mənbələri bildirirlər ki, ölkənin təxminən 10 ədəd IRIS-T kimi hava hücumundan müdafiə sistemi batareyasına ehtiyacı var. Ukraynaya təslim ediləcək IRIS-T HHM sistemlərinin neçə batareyanı olacağı isə bəlli deyil, lakin Almaniyanın hələlik bir batareya göndərə biləcəyi deyilir. Mütəxəssislərin fikrincə, Ukraynanın ehtiyac duyduğu təxminən on batareyanın istehsalı isə illərlə uzana bilər. Mümkündür ki, bu çatışmazlıqlar digər NATO ölkələrinin qatqıları ilə aradan qaldırılsın. Çünki IRIS-T sistemləri təkcə Almaniya tərəfindən deyil, İtalya (%19), İsveç (%18), Yunanistan (%13) Norveç ve Kanada (hər iki ölkə daha sonra projedən ayrılıblar) ilə birgə istehsal olunur və onlarda da bu sistemlər mövcuddur.
IRIS-T hava hücumundan müdafiə sistemi eyni adlı hava-hava raketinin modernləşdirilmiş və təyinatı dəyişdirilmiş yerdən göyə atış versiyasıdır. 40 kilometr məsafədə və 20 kilometr yüksəklikdəki hədəflərə qarşı təsirli ola bilər.
Qeyd edək ki, Ukrayna indiyədək Buk M1 hava hücumundan müdafiə sistemləri ilə qoruna bilirdi. Onun Buk M1 sistemlərinin böyük əksəriyyəti isə vurulub. IRIS-T hava hücumundan müdafiə sistemlərinin onların yerini alacağı bildirilir. Ukraynanın yeni HHM sistemləri yüksək hündürlükdə uçan Rusiya təyyarələri üçün əvvəlki sistemlərdən daha böyük təhlükə əxz edəcək. Sistemin aktiv radar və məlumat bağlantısı təminatı Rusiya təyyarələrinin hədəf alındığını fərq etməmələrinə şərait yaradacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar