Xəbər lenti
27-11-2024, 19:25

Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiya xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, rəsmi Moskva Ukrayna ilə danışıqlardan boyun qaçırmır.

"Lakin Ukraynanın danışıqlardan çəkilməsi prosesi çətinləşdirir" - Lavrov qeyd edib.

Lavrov xatırladıb ki, Moskvanın mövqeyini Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının rəhbərliyi və fraksiya rəhbərləri ilə görüşündə bildirib. “Prezident görüş iştirakçılarına müraciət edərək Ukraynanın tarixi barədə deyib ki, danışıqlardan imtina etmirik, lakin imtina edənlər başa düşməlidirlər ki, bu prosesi nə qədər gecikdirsələr, bizimlə danışıqlar aparmaq o qədər çətin olacaq”, - nazir vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 226          Tarix: 11-09-2022, 16:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma