Xəbər lenti
27-11-2024, 19:25

“Ukrayna ilə Rusiya arasındakı müharibə yeni mərhələyə qədəm qoyub”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

“Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatları nəticəsində strateji balans dəyişib. Avropa Ukraynanı dəstəkləyir, Rusiyaya qarşı sanksiyaları davam etdirir. Beləliklə, Kreml üstünlüyü itirir”, - o vurğulayıb.

Diplomatın sözlərinə görə, Ukrayna heyranedici nailiyyət əldə edir: “Bir çox şəhər və kənd azad edilib. Rusiya qoşunları geri çəkilməyə məcbur edilib. Ukraynanın əks-hücum əməliyyatlarının nə qədər davam edəcəyini demək olmaz. Amma strateji tarazlığın dəyişdiyi aydındır”.




Ana səhifəyə qayıt        Baxış: 3 307          Tarix: 15-09-2022, 17:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma