Xəbər lenti
Dünən, 19:25

Avropa İttifaqı (Aİ) Rusiyanın nüvə silahından istifadə ehtimalını ciddi qəbul etməlidir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Jozep Borrell şənbə günü BBC-yə müsahibəsində bildirib.

“İnsanlar blef etmədiklərini deyəndə bunu ciddi qəbul etmək lazımdır. İndi, şübhəsiz ki, təhlükəli məqamdır”, - J.Borrell Rusiya Prezidenti Vladimir Putinin çərşənbə günü verdiyi bəyanatı şərh edərkən deyib.

Eyni zamanda, o, Avropa ölkələrinin Ukraynaya, o cümlədən silahlarla dəstəyini davam etdirməli, anti-Rusiya sanksiyaları siyasətini dayandırmamalı olduğunu vurğulayıb.

“Moskvaya səfər edən, Putinlə danışmaq üçün Kremlə gedən hər kəs ondan eyni cavabı alıb: “Mənim hərbi məqsədlərim var və onlara nail olana qədər döyüşməyə davam edəcəyəm”. Bu, şübhəsiz ki, narahatedici kursdur, lakin biz Ukraynanı dəstəkləməyə davam etməliyik”, - Avropa diplomatiyasının rəhbəri bildirib.

Onun sözlərinə görə, münaqişə diplomatik vasitələrlə və Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qoruyub saxlamaqla həll edilməlidir.

“Əks halda, müharibəni bitirməklə biz sülhə nail ola bilməyəcəyik və gələcəkdə başqa bir müharibə ilə üzləşəcəyik”, - J.Borrell söyləyib.




Ana səhifəyə qayıt        Baxış: 2 851          Tarix: 24-09-2022, 18:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma