Xəbər lenti
Dünən, 19:25

Rusiya və Ukrayna müharibənin həll yolundan uzaqlaşıblar.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, rəsmi Ankara Rusiya-Ukrayna müharibəsini bitirmək üçün səy göstərir. Çavuşoğlu tərəflərin həll yolundan uzaqlaşmalarına baxmayaraq, ümidlərini itirmədiklərinin vurğulayıb.

"Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan – “Report”) əsas məqsədi cənab Putin (Rusiyanın dövlət başçısı Vladimir Putin – “Report”) və Zelenskini (Ukrayna lideri Volodimir Zelenski - red) bir araya gətirməkdir. Bunun üçün həmin siyasi prosesin həlli üçün etimad yaradan addımlar atmalıyıq. Sonuncu əsir mübadiləsində biz mühüm rol oynadıq", - Çavuşoğlu vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 940          Tarix: 25-09-2022, 15:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma