Xəbər lenti
Dünən, 19:25

“Ukrayna üçün ədalətli sülh əldə olunmalıdır. Çünki torpaqları işğal altındadır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.

O xatırladıb ki, martın sonunda Rusiya və Ukrayna nümayəndələri İstanbulda bir araya gəliblər: “O zaman biz sülhün əldə olunacağı ilə bağlı daha ümidli idik”.

M.Çavuşoğlunun sözlərinə görə, hazırda yeni reallıqlar yaranıb: “Ukrayna üçün durum daha həssasdır. Çünki onun torpaqları işğal olunub”.

XİN başçısı bildirib ki, tərəflər zəif mövqedə masaya oturmaq istəmirlər: “Hər iki tərəf müharibənin qalibinin olmayacağını anlayanda, onların müzakirə masasına qayıtmaları daha asan olacaq”.

O vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə müzakirə aparacaq: "Ümidimiz hələ də var. Məqdəsimiz liderləri bir araya gətirməkdir".

M.Çavuşoğlu söyləyib ki, Ukraynada müharibənin uzanmasını istəyən Qərb ölkələri var: “Sülh üçün onları da razı salmaq lazımdır”.




Ana səhifəyə qayıt        Baxış: 2 958          Tarix: 26-09-2022, 12:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma