Xəbər lenti
Dünən, 19:25


Rusiyadan Avropaya uzanan “Şimal axını-1” qaz kəmərində təzyiqin düşməsi qeydə alınıb.


Ovqat.com xəbər verir ki, bu, Baltik dənizində Danimarka sahillərindən keçən “Şimal axını-2” qaz kəmərində sızma xəbərindən bir neçə saat sonra baş verib.


Almaniya İqtisadiyyat Nazirliyi təzyiqin düşməsinin səbəbini bilmədiklərini və məsələni araşdırdıqlarını bildirib.


“Şimal axını-2” indiyədək istismara verilməsə də, “Şimal axını-1” bu ayın ilk günlərinə qədər Almaniyaya qaz tədarük edirdi. Bu ayın əvvəllərində isə “Qazprom” şirkəti kəmərin əsas komponentlərinin təcili təmirini əsas gətirib tədarükləri dayandırmışdı.


Almaniyanın dpa xəbər agentliyi xəbər verir ki, hər iki kəmər yanacaqla doldurulursa, qaz Avropaya gedib çıxmır.


Bazar ertəsi ilk sızma aşkar edildikdən sonra Danimarka dəniz idarəsi naviqasiya xəbərdarlığı edərək, qaz kəmərinin ətrafında 5 dəniz mili məsafədə qadağan zonası yerləşdirib və sızmanın "gəmilərin hərəkəti üçün təhlükə yaratdığını" bildirib.


Bloomberg «Şimal axını» kəmərlərində baş verən ı sızıntılarla bağlı yaydığı məlumatda vurğulayıb: «Almaniyaya görə, sübutlar göstərir ki, bu, texniki problem deyil, güclü bir hərəkət idi, Danimarka da bunları təsadüfi hesab etmir, təxribatdan şübhələnir». 






Ana səhifəyə qayıt        Baxış: 5 936          Tarix: 27-09-2022, 16:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma