Xəbər lenti
Dünən, 19:25

İranda 22 yaşlı Məhsa Əmininin polis şöbəsindəki ölümündən sonra baş qaldıran etirazlara dəstək məqsədilə İstanbulda aksiya keçirilib.

Kadıköydə Eminönü-Karaköy körpüsü qarşısında toplaşan insanlar “İranda, Türkiyədə və hər yerdə qadınlara azadlıq” yazılmış pankart açıb və müxtəlif plakatlar daşıyıblar.

İstanbulda yaşayan iranlıların da iştirak etdiyi nümayişdə qadınlara azadlıq tələbləri dilə gətirilib və İran rejiminin mövcud təqibləri tənqid edilib.

Aksiya bir saat davam etdikdən sonra insidentsiz başa çatıb.

Mənbə: Haber Global




Ana səhifəyə qayıt        Baxış: 2 691          Tarix: 2-10-2022, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma