Xəbər lenti
Dünən, 19:25

Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin birgə regional qoşun qrupunun təşkil edilməsi barədə razılığa gəliblər.

Bu barədə Belarus dövlətinin başçısı təhlükəsizlik məsələləri üzrə müşavirədə bildirib.

Aleksandr Lukaşenko xatırladıb ki, Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitindən sonra onun Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü olub:

“İttifaq dövlətinin qərb sərhədlərində vəziyyətin gərginləşməsi ilə əlaqədar biz Rusiya Federasiyası və Belarus Respublikasının regional qruplaşmasının formalaşdırılması barədə razılığa gəldik. Bütün bunlar bizim sənədlərimizə uyğundur. Əgər təhdid səviyyəsi indiki səviyyəyə çatarsa, biz İttifaq dövlət qruplaşmasından istifadə etməyə başlayacağıq. Bu qrupun əsası ordu, Belarus Respublikasının Silahlı Qüvvələridir. Sizə bildirməliyəm ki, bu qrupun formalaşmasına başlanılıb. Məncə, bu, iki gündür ki, davam edir. Bu qrupu formalaşdırmağa başlamaq üçün göstəriş vermişəm”.

Mənbə: Belta




Ana səhifəyə qayıt        Baxış: 2 809          Tarix: 10-10-2022, 14:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma