ABŞ tezliklə Ukrayna ilə bağlı siyasi kursunu dəyişməyə və ehtiyatların tükənməsi səbəbindən silah tədarükünü azaltmağa məcbur olacaq.
“Report” xəbər verir ki, bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Mark Kançian “Fox News”a müsahibəsində deyib.
M.Kançianın sözlərinə görə, o, Vaşinqtonda qalan silah ehtiyatları və ABŞ-ın sənaye potensialı haqqında məlumatları təhlil edib, həmçinin prezident Cozef Bayden administrasiyasındakı mənbədən məlumat alıb.
O qeyd edib ki, hər şey anbarların boşaldığını və ABŞ-ın HIMARS, “Javelin” qurğuları və M777 haubitsalarının sayının azaldığını göstərir. Ehtiyatların tükənməsi ona gətirib çıxaracaq ki, Vaşinqton daha aşağı keyfiyyətli silah növlərinin ixracına başlamağa və ya hətta Kiyevə çatdırılmanı ləngitməyə məcbur olacaq:
“Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik, lakin bunu başqa yollarla etməli olacağıq. Məsələn, biz analoqlar təqdim edə, üçüncü ölkələrdən avadanlıq ala və ya təchizat prosesini ləngidə bilərik”.
Paylaş: