Xəbər lenti
Dünən, 19:25

Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə 2020-ci ildən Ukraynanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Pyotr Vrublevski tutduğu vəzifədən azad edilib.

Bundan əvvəl Vrublevskinin rusların öldürülməsi ilə bağlı açıqlaması diplomatik qalmaqala səbəb olmuşdu.

Avqust ayında Pyotr Vrublevski qazaxıstanlı bloqer Dias Kuzairovla müsahibəsində deyib ki, Ukrayna tərəfi indi mümkün qədər çox rusu öldürməyə çalışır ki, ukraynalıların sonrakı nəsilləri bununla məşğul olmasın.

Səfirin sözləri beynəlxalq rezonansa səbəb olub: Oktyabrın 5-də Qazaxıstan Xarici İşlər Nazirliyi səfirin statusunu arzuolunmaz adlandırıb və onun dəyişdirilməsini elan edib.

Mənbə: Kommersant




Ana səhifəyə qayıt        Baxış: 264          Tarix: 19-10-2022, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma