“Türkiyə regionda sülh və sabitliyi təmin etməyə çalışır”.
“Report” xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 99-cu ildönümü münasibətilə təbrik mesajında bildirib.
Onun sözlərinə görə, bu təşəbbüslər Suriyadakı humanitar faciədən tutmuş Rusiya-Ukrayna böhranının həllinə qədər bir çox məsələlərə aiddir: “Qlobal miqyasda ölkəmizin imicini artırır, daxildə də investisiya təşəbbüslərini davam etdiririk. Müdafiə sənayəsi sahəsində öz məhsullarımızı hazırlayan, ixrac edən səviyyəyə çatmışıq. Hər sahədə potensialımızı artırırıq”.
Ərdoğan həmçinin vurğulayıb ki, başqa ölkələr Türkiyənin demokratiyasını nümunə götürür, iqtisadiyyatına həsədlə yanaşır, diplomatiyasını diqqətlə izləyir: “Türkiyə bütün sabotaj cəhdlərinə baxmayaraq, milli birlik və qardaşlığını qoruyur”.
Paylaş: