“Polşa hakimiyyətinin Ukrayna ərazisini mənimsəmək ideyası ortadan qalxmayıb”.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Putinin sözlərinə görə, münasibətlərdəki problemlərə baxmayaraq, Rusiya həmişə Polşaya böyük hörmətlə yanaşıb və yanaşmağa da davam edir.
“Biz Polşanın siyasi bomondunun (siyasi elita) hansısa hissəsində “dənizdən-dənizə” böyük dövlət yaratmaq ideyalarından xəbərdarıq. Bu barədə İkinci Dünya Müharibəsindən əvvəl az danışılmayıb. Baltik dənizindən Qara dənizə qədər ərazini əhatə edən bu ideya dəyişməz olaraq qalırdı. İndi biz Polşa və Ukrayna liderlərinin qucaqlaşdığını görürük. Amma bu ideya axı hələ də qüvvədədir, Ukraynanı “udmaq” ideyası hələ də ortadan qalxmayıb”, - deyə Putin qeyd edib.
O, bu fikirləri Rusiya Tarixinin və Rusiya Hərbi-Tarixi Cəmiyyətlərinin bərpasının onuncu ildönümü münasibətilə keçirilən tədbirdə tarixçilər və Rusiyanın ənənəvi dinlərinin nümayəndələri ilə görüşü zamanı bildirib.
Mənbə:TASS
Paylaş: