Benyamin Netanyahunun hakimiyyətə gəlməsi ilə İsraildə Ukraynaya silah tədarükü ilə bağlı qeyri-rəsmi müzakirələr başlayıb.
Ovqat.com xarici mediaya istinadən xəbər verir ki, söhbət kritik silahların (taktiki raket sistemləri, hava hücumundan müdafiə sistemləri, qanadlı raketlər və s.) Ukraynaya verilməsindən söhbət getmir. İsrail yetkililəri dronlar, tank əleyhinə raket kompleksləri, atıcı silahlar və s. zirehli texnikaları Ukraynaya göndərə bilər.
Eyni zamanda qeyd olunur ki, çatdırılma çətin ki, birbaşa həyata keçirilsin. Bunun üçün İsrail üçüncü ölkələrlə razılaşmalardan istifadə etmək niyyətindədir.
İsrail ordusunun keçmiş briqada generalı Amir Avivi bu barədə deyib: “Məsələn, əgər siz İsrail silahlarını Almaniyaya sata bilərsiniz. Sonra Almaniya başqa bir silah dəsti ilə onu Ukraynaya göndərər. Bu zaman həmin tədarüklər İsrail silahı sayılmaz”.
Qeyd edək ki, son seçkilərdə İsrailin Baş naziri olmaq şansı qazanan Benyamin Netanyahu səsvermədən əvvəl bildirmişdi ki, o, xalqın etimadını qazanarsa Ukraynaya silah tədarükü ilə bağlı əvvəllər müəyyən edilmiş qadağaya yenidən baxmağa hazır olacaq.
Paylaş: