Xəbər lenti
Dünən, 19:25

Polşada Vişeqrad qrupuna daxil olan ölkələrin (Polşa, Çexiya, Slovakiya və Macarıstan) "PUMA-2022" təlimləri başlayıb..

"Report" xəbər verir ki, bu barədə yerli PAP agentliyi məlumat yayıb.

Təlimlərə ABŞ və Böyük Britaniya hərbçiləri də qatılıb.

Manevrlərin məqsədi müttəfiq qüvvələrin taktiki tədbirlərin planlaşdırılması, təşkili və keçirilməsidir.

Təlimlərdə 2 minə yaxın zirehli heyət, artilleriyaçı, istehkamçı, kimyaçı və 300-ə yaxın texnika iştirak edir.

Qeyd olunur ki, manevrlərin ssenarisində Ukraynadakı müharibədən öyrənilən təcrübə nəzərə alınıb. Təlimlər noyabrın 9-dək davam edəcək.




Ana səhifəyə qayıt        Baxış: 2 834          Tarix: 6-11-2022, 16:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma