Xəbər lenti
Bu gün, 14:26
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
Rusiya ordusu artıq Xerson şəhərini tərk etmək ərəfəsindədir. Rusiya müdafiə naziri Sergey Şoyqunun bu barədə əmr verdiyi bildirilir. Bu isə o anlama gəlir ki, Moskva müharibə başlayandan bəri tutduğu ən iri şəhəri tərk etməli olur.
Yaranmış vəziyyət birmənalı şəkildə göstərir ki, Rusiya müharibədə olduqca acınacaqlı duruma düşüb. Artıq neçə aydır ki, rus ordusu Ukraynada bir metr belə irəliləyə bilmir. Əksinə, tutduğu əraziləri bir-bir itirir. Bu məğlubiyyət Rusiyanı tədricən də olsa aqressiv siyasi kursunu yumşalmağa vadar edir. Belə ki, xarici KİV-lərin məlumatına görə, Xerson biabırçılığından sonra Kreml Ukrayna ilə danışıqlara hazır olduğunu ifadə edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlər üçün keçirdiyi brifinqdə bəyan edib ki, rəsmi Moskva hazırda inkişaf edən reallıqları nəzərə alaraq görüşün keçirilməsinə razılıq verə bilər. Rusiya XİN sözçüsü əslində belə bir açıqlama verməklə ölkəsinin çətin duruma düşdüyünü etiraf etmiş olur. Görünür, Moskvada Ukrayna ətrafında cərəyan edən mövcud vəziyyəti dəyişə blməyəcəklərini anlamağa başlayıblar. Rusiya rəhbərliyi dərk edir ki, Ukrayna Qərbin hərtərəfli dəstəyilə əraziləri bir-bir azad edir. XİN rəsmisi "inkişaf edən reallıqlar” deyərkən də yəqin ki, məhz Ukrayna ordusunun qələbələrini nəzərdə tutub. Belə davam edəcəyi təqdirdə isə, bir müddətdən sonra Rusiya işğal etdiyi bütün ərazilərdən çıxmağa məcbur olacaq. Bu isə Kremlin darmadağın edilməsi demək olacaq. Ona görə də Rusiya Xerson fiaskosundan sonra daha ciddi biabırçılığa yuvarlanmamaq üçün danışıqlara getməklə prosesin gedişində özü üçün müəyyən əlverili məqamlar qazanmağı düşünür.
Rusiyanın Xersonun Ukrayna Ordusu tərəfindən azad edilməsi ərəfəsində bu ideyanı ortaya atması qarşı tərəfin hücumlarının müəyyən müddətə dayandırılması və fürsətdən istifadə edərək, rus ordusunun vaxt qazanmağa, ərazidə güc balansını öz xeyrinə dəyişməsinə nail olmağa hesablanmış addım da ola bilər. Hər halda, görünən odur ki, Kiyev indiki şəraitdə Moskva ilə hər hansı bir görüşə getməyəcək. Bunu son zamanlar Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə bəyan edib. Ukrayna üçün indi ən vacib məsələ torpaqların işğaldan azad edilməsidir. Rusiya isə məhz Ukrayna Ordusunun irəliləməsinin qarşısını almaq, müəyyən manevrlər etmək üçün qarşı tərəflə danışıqlara getməyə hazır olduğunu bəyan edir. Reallıqda isə bu heç də Kremlin danışıqlara hazır olması anlamına gəlmir.
Rüfət Sultan
Qaynar.info
Qaynar.info
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar